0
Thursday 20 June 2013 - 09:54

Müsavatın namizədi Rüstəm İbrahimbəyovdur

Story Code : 275177
Müsavatın namizədi Rüstəm İbrahimbəyovdur
Müsavatın namizədi Rüstəm İbrahimbəyovdur
Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından olan Müsavat başqanı Isa Qəmbər keçid dövrü üçün vahid namizəd olmaq niyyətində deyil. Bu barədə Isa Qəmbər özü “mediaforum”a açıqlamasında bildirib:
“Mən prezidentliyə vahid namizəd olmağımla bağlı təklif verməmişəm. Demokratik Qüvvələrin Milli Şurası partiya üzvü olmayan ziyalılarımızdan birinin 2 illik keçid dövrü üçün vahid namizəd kimi irəli sürülməsi konsepsiyası əsasında yaranıb. Müsavat Partiyasının da bu meyarlara cavab verən prioritet namizədi Rüstəm Ibrahimbəyovdur. Hazırda bu məsələ müzakirə mərhələsindədir.
Təsis bəyannaməsində 2 illik keçid dövrü hökumətilə bağlı kifayət qədər ciddi müddəalar var. Eyni zamanda bu, bir bəyannamədir. Indiki mərhələdə ciddi sənədə ehtiyac var, bu sənədin layihəsi hazırlanmalıdır. Iyunun 18-də Eldar Namazov və Əli Kərimli ilə işçi görüşümüzdə digər məsələlərlə yanaşı, bu istiqamətdə də fikir mübadiləsi olub".
Source : Azadliq.info
Comment