0
Thursday 20 June 2013 - 10:12

Suriyalı üsyançılara göndərilən silahlar sonda Avropaya qarşı çevrilə bilər

Story Code : 275183
Suriyalı üsyançılara göndərilən silahlar sonda Avropaya qarşı çevrilə bilər
Suriyalı üsyançılara göndərilən silahlar sonda Avropaya qarşı çevrilə bilər
Islam times.org/az/ - Putin bu açıqlamanı çərşənbə axşamı günü Şimali İrlandiyanın golf kurort mərkəzi olan Enniskillendə Səkkizlər Qrupunun iki günlük sammitindən sonra təşkil edilən mətbuat konfransı zamanı bəyan edib.

Rusiya prezidenti 22 may tarixində Londonda britaniyalı əsgərin balta və bıçaq ilə qətlə yetirilməsi hadisəsinə toxunmuş və demişdir: “Suriya müxalifəti arasında Londonda bu qəddar cinayəti törədən cinayətkarlar kimi insanlar çoxluq təşkil edir.”

Putin əlavə edərək deyib: “Avropa bu insanlarımı silah-sursat ilə təmin etmək istəyir? Bu silahların sonu necə olacaq? Kim bu silahlara nəzarət edəcək? Bu silahlar sonda Avropanın özünə problem yarada bilər.”

O həmçinin deyib ki, Moskva Suriya prezidenti Bəşər Əsəd hökumətinə bütün qanun və hüquq normaları çərçivəsində silah-sursat ilə təmin edir.

Bu arada Böyük Səkkizlərin sonuncu sammitində iştirakçılar bəyənnamə qəbul edərək iki ildən artıq bir müddətdə davam edən Suriya münaqişəsinə siyasi həll yolu tapmaq üçün diplomatik fəaliyyətə artırmağa söz veriblər.

Rəsmi məlumatda deyilir: “Biz vahid və demokratik Suriya naminə mövcud münaqişəyə siyasi həll yolu əldə etmək haqqında qərarlıyıq. Biz Suriya məsələsi haqqında nəzərdə tutulan Cenevrə konfransının mümkün olduqca tez bir zamanda təşkil edilməsinə ciddi şəkildə dəstək veririk.”

Ancaq Böyük Səkkizlər liderləri Əsədin gələcəyi haqqında razılığa gələ bilməyiblər. Putin ABŞ və Böyük Britaniyanın Suriya prezidentinin devrilməsi üçün dəstək qazanmaq planlarını alt-üst etdi.

Rusiya prezidenti təkid ilə bəyan edərək bildirib ki, Suriyada mövcud olan münaqişəyə son qoymaq üçün qərar suriyalıların özü tərəfindən verilməlidir və bu prosesdə bütün tərəflər iştirak etməlidir.

Ancaq ABŞ prezidenti Barak Obama və Kameron Əsəd hakimiyyətinə son qoyulmasını tələb ediblər.

Kameron deyib: “Prezident Əsədin ölkənin gələcək həyatında hər hasnı bir rol oynaması qəbul edilən deyil.”

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insaları qətlə yetiriblər.
Source : İslamtimes
Comment