QR CodeQR Code

Almaniya Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqları əngəlləyib

21 Jun 2013 17:05

IslamTimes - Almaniya Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqların növbəti mərhələyə keçməsini əngəlləyib.


APA-nın məlumatına görə, bu barədə Assoşieyted Press agentliyi diplomatik mənbələrə istinadən məlumat verib.

Avropa Birliyi ölkələrinin diplomatları dünən keçirdikləri toplantıda Türkiyənin Avropa Birliyinə üzvlüyü barədə danışıqlarda növbəti texniki mərhələyə keçidi təsdiqləməli idilər. Bunun üçün yekdil qərar qəbul olunmalı idi. Lakin biri Almaniya olmaqla, iki ölkə bu qərarın əleyhinə səs veriblər.
 
ABŞ-ın Wall Street Journal dərgisinin məlumatına görə, alman diplomat Türkiyənin etiraz aksiyalarını sərt şəkildə yatırmasından narahatlığını bildirib.
 
Avropa Birliyi ölkələri növbəti həftənin əvvəlində bu məsələni bir daha müzakirə edə bilərlər.


Story Code: 275529

News Link :
https://www.islamtimes.org/az/news/275529/almaniya-türkiyənin-avropa-birliyinə-üzvlüyü-barədə-danışıqları-əngəlləyib

Islam Times
  https://www.islamtimes.org