0
Sunday 23 June 2013 - 15:46

Seçkiqabağı YAP-a növbəti zərbə

Story Code : 276067
Seçkiqabağı YAP-a növbəti zərbə
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev tərəfindən komitəyə göndərilən videolentdə Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşı İlqar Abbasovun danışıqları əksini tapıb. 18 iyun 2007-ci ildə Elşad Abdullayevin kabinetində qeydə alınan videolentdə Mili Təhlükəsizlik Nazirliyinin əməkdaşı İlqar Abbasov bildirir ki, nazirliyin Validə adlı xanım əməkdaşı ilə Mahir Abdullayevin işi barədə danışıb. Validə xanım (Validə xanımın soyadını dəqiqləşdirmək mümkün olmadı. Çox güman ki, nazirliyin aparatında mühüm vəzifələrdən birini tutur-red) qeyd edib ki, M. Abdullayevin işi ilə bağlı yüksək vəzifəli məmurlarla danışıqlar aparıb.
Comment