0
Monday 24 June 2013 - 15:39

“Türkiyə Avropaya ağırlıq edər“

Story Code : 276307
“Türkiyə Avropaya ağırlıq edər“
Merkelin bu istiqamətdə hazırladığı hökumət proqramı Bundestaqda qəbul edilib. Məlumata görə, kanslerin hazırladığı 128 səhifəlik proqramda “Türkiyə ilə əlaqələri xüsusi səviyyəyə çatdırmaq” başlıqlı xüsusi hissə var.
 
“Türkiyənin strateji və iqtisadi cəhətdən Avropa üçün əhəmiyyətini dərk edirik. Türkiyə və Almaniyadakı insanlar arasında çoxşaxəli münasibətlər var. Bu səbəbdən Türkiyə ilə AB-nin münasibətlərini inkişaf etdirmək istəyirik. Yaxın əməkdaşlıq həm AB-dəki, həm də Türkiyədəki insanların mənfəətinədir. Türkiyə ilə AB arasında mümkün qədər yaxın münasibət, xarici və təhlükəsizlik siyasətində isə strateji əməkdaşlıq istəyirik. Türkiyənin AB-yə tamhüquqlu üzvlüyünü qəbul etmirik. Çünkü Türkiyə üzvlük üçün tələb olunan meyarlara sahib deyil. Ölkənin böyüklüyü və iqtisadi quruluşu AB-yə ağırlıq edər” – deyə Merkelin hökumət proqramında bildirilib. (anspress)
Comment