0
1
comments
Tuesday 25 June 2013 - 11:11

“Hizbullah” ilə vəhhabilərin Suriyada üz-üzə gəlməsi İmam Mehdinin (ə) zühur əlamətlərindəndir

Story Code : 276552
“Hizbullah” ilə vəhhabilərin Suriyada üz-üzə gəlməsi İmam Mehdinin (ə) zühur əlamətlərindəndir
Belə ki, alimlər baş verən hadisələrin İslam mənbələrində əvvəldən xəbər verilib verilmeməsini araşdırırlar. İslam mənbələrində hər zaman Suriya (qədim Şam) haqqında önəmli məlumatlar olub. Bu ərazilərin strateji əhəmiyyəti vurğulanıb, orada baş verenlərin dünyaya ciddi təsirləri aradırılıb. Xüsusilə, “axiruz-zaman” deyilən İmam Mehdinin (ə) zühur öncəsi əlamətlər sırasında Suriya barədə bir çox xəbərlər verilib.

Qeyd edək ki, bu əlamətlərin heç biri mütləq qəbul olunmur. Başqa sözlə, hədislərdə gələn əlamətlərin konkret hadisəyə şamil olunması doğru deyil, şamil olunsa belə, bu əlamətdən dərhal sonra Mehdinin (ə) zühurunun olacağını demək yanlışdır.

Araşdirmalara əsasən, zühur əlamətlərindən bəhs edən mənbələrdə Suriya ərazilərində, eləcə də Dəməşqdə Əhli-beyt düşmənlərinin baş qaldıracağı, özlərindən olmayan hər kəsi vəhşicəsinə qətlə yetirəcəkləri barədə çoxlu hədislərə rast gəlmək olar. Bu hədislərə müxtəlif məzhəblərdən olan alimlərin, hədisşünasların kitablarında rast gəlmək mümkündür. Belə hədislərdən birində İmam Sadiq (ə) buyurur: “Dəməşqdə sari bayraqlılar Əhli-beyt düşmənləri ilə döyuşə atılarlar, İran istiqamətindən də onların köməyinə gələrlər. Bu zaman Mehdinin zühuru yaxındır.”

Xatirladaq ki, son günlər Suriyada hökümətə qarşı müxalifət adı ilə cəmləşən vəhhabilər orada yaşayan Əhli-beyt tərəfdarlarını vəhşicəsinə qətlə yetirməyə başlayıblar. Hadislərin ardından Livanın “Hizbullah” hərəkatı Suriyada yaşayan Əhli-beyt tərəfdarlarını və müqaddəs məkanları qorumaq üçün döyüşlərə qatıldığını rəsmən elan etdi. Hazırda bir çox şəhərlərdə, həmçinin Dəmşqdə gedən döyüşlərdə “Hizbullah”ın sarı bayraqlarını görmək mümkündür.(SalamNews)
Source : SalamNews
Comment


zaur
Azerbaijan
Geci tezi var bir gun gelecek ZEHRA balasi zuhur edecek inwalah Lebeyk ya MEHDI