0
Thursday 27 June 2013 - 09:05

Ayətullah Xameneyi düşmənlərin planlarından danışdı

Story Code : 277139
Ayətullah Xameneyi düşmənlərin planlarından danışdı
Ali dini lider Ayətullah Xameneyi ötən gün dövlət məsullarının da hazır olduğu yığıncaqda deyib: "Düşmənlər seçkilər və seçkilərdən sonra üçün bir çox planlar hazırlamışdılar ki, İranda qarışıqlıq yaratsınlar. Amma onların bu planları 180 dərəcə əksinə çevrildi və nəticə vermədi. Xalqın seçkilərdə əzmli iştirakı onların fitnələrini puça çıxardı."
 
İnqilab rəhbəri həmçinin əlavə edib ki, İranın nüvə enerjisi ilə bağlı yaranmış gərginliklər bir neçə dövlətin törətdiyi maneələr səbəbindən həll olmur. Cənab Xameneyi deyib: "Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə aparılan danışıqlar nəticəsində bir neçə dəfə razılıq əldə edilib, İranın bütün hüquqları tanındığı zaman ABŞ-ın istəyi ilə bütün razılaşmalara arxa çevrilib. Bu bir faktdır və hazırda sənədləri mövcuddur."
 
İslam İnqilabı rəhbəri həmçinin xatırladıb ki, nüvə enerjisi mövzusunda yaranmış gərginlik və sanksiyalar bir bəhanədir. Əslində ABŞ istənilən bir yolla İranın sürətli inkişafının qarşısını alıb, bu dövlətin hakimiyyətini zəiflətmək niyyətindədir.

Seyyid Əli Xameneyi bütün xalqdan əl-ələ verərək yeni seçilmiş prezidentə İranın inkişafı zəminində kömək etməsini istəyib.
Comment