QR CodeQR Code

Müsavat başqanının müşaviri barədə həbs qətimkan tədbiri seçildi

Mediaforum , 29 Jun 2013 15:33

İslamtimes - İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Müsavat başqanının müşaviri Yadigar Sadıqov barədə 2 aylıq həbs qətimkan tədbiri seçib. “Musavat.com” belə xəbər verir.


Yadigar Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi saxlayıb. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Yadigar Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.

45 yaşlı Yadigar Sadıqov Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Lənkəran Dövlət Universitetinin müəllimi olub.

2000-ci ildən Müsavat Partiyasının üzvüdür.


Story Code: 277933

News Link :
https://www.islamtimes.org/az/news/277933/müsavat-başqanının-müşaviri-barədə-həbs-qətimkan-tədbiri-seçildi

Islam Times
  https://www.islamtimes.org