0
Sunday 30 June 2013 - 11:15

Riyaz və Moskva arasında böhran şiddətlənir

Story Code : 278127
Riyaz və Moskva arasında böhran şiddətlənir
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, rəsmi Moskva ilə Riyaz arasındakı siyasi böhran günü-gündən şiddətlənir. Böhranın şiddətlənməsinin səbəbinin Suriya mövzusu olduğu bildirilir.
 
Uyğun mövzu ilə bağlı böhranın yeni mərhələsində Rusiyanın "Tele Graph" saytı yazıb ki, Rusiya hava qüvvələrinin yüksək rütbəli rəsmiləri Səudiyyə Ərəbistanını hava hücumları və paytaxt Riyazı raket yağışına tutmaqla hədələyiblər.
 
Uyğun xəbər dünya müstəvisində bir bomba kimi partlayıb və Səudiyyə rəsmilərini ciddi şəkildə narahat edib. Onlar çox yaxşı bilir ki, rusların zarafatla arası yoxdur.
 
Xatırladaq ki, ötən il də Rusiya xarici işlər naziri Sergey Lavrov oxşar xəbərdə Qatarın həmin dönəmdəki baş nazirinin cəfəngiyyatlarına cavab olaraq demişdi ki, "Əgər çox danışsanız bir raket zərbəsi ilə Qatarı xəritədən siləcəyik."
Comment