0
Sunday 30 June 2013 - 15:32

"Talibanla danışıqlar on il öncə başlaya bilərdi"

Story Code : 278232
"Talibanla danışıqlar on il öncə başlaya bilərdi"
"IslamTimes" "Daily Telegraph"a istinadən xəbər verir ki, İngiltərə baş naziri Devid Kameron Silahlı Qüvvələr günü münasibətilə Әfqanıstana səfər edib. O hərbçilərlə görüşü zamanı bildirib ki, Talibanla danışıqlar on il öncə başlaya bilərdi. Kameron əlavə edib ki, o İngitərə baş naziri postuna keçdiyi ilk gündən Әfqanıstanda siyasi həll yolu ardınca olub və bu gün də uyğun mövzu ilə bağlı fəaliyyətlərini davam etdirir. Kameronun uyğun sözləri elə bir dönəmə təsadüf edir ki, bu gün ABŞ dövləti Qatarın vasitçiliyi ilə Taliban silahlıları ilə danışıqlara başlamaq niyyətindədir. Kameron Әfqanıstana səfəri çərçivəsində Hamid Kərzay da daxil olmaqla bir sıra rəsmilərlə görüş keçirəcək. Bu gün Әfqanıstanda İngiltərənin 9500 hərbçisi var.
Comment