QR CodeQR Code

Bu gün İran prezidenti Rusiyaya səfər edəcək

1 Jul 2013 09:29

IslamTimes - İran prezidenti Mahmud Əhmədinejad bu gün Rusiyaya səfər edəcək.


APA-nın məlumatına görə, səfərdə məqsəd iyulun 1-2-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək təbii qaz ixrac edən ölkələrin (OGEC) liderlərinin sammitində iştirak etməkdir. M. Əhmədinejad iyulun 1-də toplantıda çıxış edəcək, həmçinin həmin gün Venesuelanın Rusiyadakı səfirliyində Uqo Çavesi anmaq üçün keçiriləcək mərasimə də qatılacaq. Eyni zamanda İran prezidentinin səfər çərçivəsində İraqın baş naziri Nuri əl-Maliki, Boliviya prezidenti Evo Morales, Rusiyada yaşayan iranlılar və iranlı elm adamları ilə görüşü də gözlənilir. İran prezidentinin Rusiya prezidenti Vladimir Putinlə görüşü də gözlənilir. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər əsas müzakirə mövzusu olacaq.


Story Code: 278378

News Link :
https://www.islamtimes.org/az/news/278378/bu-gün-iran-prezidenti-rusiyaya-səfər-edəcək

Islam Times
  https://www.islamtimes.org