QR CodeQR Code

Türkiyənin neftayırma zavodu İrandan gündə 105 min barel xam neft idxal edəcək

1 Jul 2013 10:26

IslamTimes - Türkiyənin yeganə neftayırma zavodu olan “Tüpraş” 2013-cü ildə İrandan gündəlik 105 min barel xam neft idxal edəcək.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Tüpraş”ın səlahiyyətli şəxslərindən Yavuz Ərkut açıqlama verib.
 
Onun sözlərinə görə, ABŞ rəhbərliyi İrandan neft idxal edən bir sıra ölkələri iyunun 1-dən etibarən 6 ay müddətinə sanksiyalardan azad edib: “İran Türkiyənin xam neft ehtiyacını qarşılayan əsas ölkələrdən biridir. Ancaq sanksiyalara görə yaranmış itkini kompensasiya etmək üçün Səudiyyə Ərəbistanı və İraqdan xam neft idxal etmək məcburiyyətində qalmışıq”.


Story Code: 278403

News Link :
https://www.islamtimes.org/az/news/278403/türkiyənin-neftayırma-zavodu-irandan-gündə-105-min-barel-xam-neft-idxal-edəcək

Islam Times
  https://www.islamtimes.org