0
Monday 1 July 2013 - 10:26

Türkiyənin neftayırma zavodu İrandan gündə 105 min barel xam neft idxal edəcək

Story Code : 278403
Türkiyənin neftayırma zavodu İrandan gündə 105 min barel xam neft idxal edəcək
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Tüpraş”ın səlahiyyətli şəxslərindən Yavuz Ərkut açıqlama verib.
 
Onun sözlərinə görə, ABŞ rəhbərliyi İrandan neft idxal edən bir sıra ölkələri iyunun 1-dən etibarən 6 ay müddətinə sanksiyalardan azad edib: “İran Türkiyənin xam neft ehtiyacını qarşılayan əsas ölkələrdən biridir. Ancaq sanksiyalara görə yaranmış itkini kompensasiya etmək üçün Səudiyyə Ərəbistanı və İraqdan xam neft idxal etmək məcburiyyətində qalmışıq”.
Comment