QR CodeQR Code

Bəhreyndə etiraz aksiyaları davam edir

1 Jul 2013 12:01

IslamTimes - Bəhreynin müxtəlif məntəqələrində keçirilən etiraz aksiyalarına təhülksizlik qüvvələri gözyaşardıcı qazla müdaxilə edib.


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Bəhreynin müxtəlif məntəqələrində keçirilən etiraz aksiyalarına təhülksizlik qüvvələri müdaxilə edib.
 
Aksiyaların yeni mərhələsi internetdən edilən çağırışlar vasitəsi ilə, eyni zamanda digər dövlətlərdə də müşahidə olunan aksiyalarla eyni dönəmdə baş tutub.
 
Etirazçılar təhlüksizlik qüvvələrinin zor tətbiq etdiyini gördükdən sonra avtomobil təkərləri yandıraraq bəzi yolları bağlayıb.
 
Aksiya gecə saatlarınadək davam edib və dövlət qüvvələri xalqa qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Yerli əhalinin bildirdiyinə əsasən göz yaşardıcı qaz bombalarından bəzisi ətrafdakı evlərin və məscidlərin içinə düşüb.
 
Xatırladaq ki, Bəhreyn xalqı 2011-ci ildən inqilabi hərəkata start verib və Ali-Xəlifə rejiminin hakimiyyətdən getməsi ilə ölkədə ədaləti bərqərar etmək uğrunda çalışır.


Story Code: 278483

News Link :
https://www.islamtimes.org/az/news/278483/bəhreyndə-etiraz-aksiyaları-davam-edir

Islam Times
  https://www.islamtimes.org