QR CodeQR Code

Suriyanın Ben Ladeni məhv edildi

1 Jul 2013 17:05

IslamTimes - "Suriyanın Ben Ladeni adı ilə tanınan Ən-Nusrə terror qruplaşmasının komandanı Deyr Az-Zur vilayətində öldürülüb."


"IslamTimes" bildirir ki, Suriyanın "Əl-Əxbariyyə" kanalı təcili bir xəbərdə Suriyanın Ben Ladeni adı ilə tanınan Ən-Nusrə terror qruplaşmasının komandanının Deyr Az-Zur vilayətində öldürüldüyünü bildirib.
 
Bu dəqiqəyədək rəsmi mənbələrdən heç biri bu xəbəri təkzib və ya təsdiq etməyib. Ən-Nusrə qruplaşmasınn komandanlarından olan bu şəxsin necə öldürülməsi ilə bağlı da hələ ki, geniş məlumat verilmir.
 
Əl-Qaidənin qolu hesab olunan Ən-Nusrə qruplaşması Suriyanın bütün məntəqələrində öz komandanlarını yerləşdirib. Bu komandanlar nəzarət etdikləri məntəqədəki bütün terroristlərin məsuliyyətini öz üzərinə götürmüş olur.


Story Code: 278577

News Link :
https://www.islamtimes.org/az/news/278577/suriyanın-ben-ladeni-məhv-edildi

Islam Times
  https://www.islamtimes.org