QR CodeQR Code

İslam şəhidi Hacı Vaqif Abdullayevin il mərasimi

Iyul ayının 6-da şəhidin il mərasimi keçiriləcəkdir.

İslaminsesi , 2 Jul 2013 00:34

İslamtimes - Şəhidin il mərasiminə bütün möminlər dəvətlidirlər və belə mərasimdə iştirak hər bir mömin üçün zəruridir.


Azərbaycan İslam Partiyası sədrinin təşkilat məsələləri üzrə sabiq müavini, İslam şəhidi Hacı Vaqif Abdullayevin dünyasını dəyişməsindən bir il ötdü. Iyul ayının 6-da şəhidin il mərasimi keçiriləcəkdir.
Mərhumun adına qurulacaq hüzn məclisi Bakı şəhəri, Xətai rayonu, Xətai metrosunun üstündəki natarius ofisinin arxasında olacaq.

Şəhidin il mərasiminə bütün möminlər dəvətlidirlər və belə mərasimdə iştirak hər bir mömin üçün zəruridir.

Nəzərinizə çatdırmaq istərdik ki, məclis səhər saat 11:00-dan saat 14:00-dək xanımlar, 14:00-dan 16:00-dək kişilər üçün nəzərdə tutulur. Saat 16:30-da şəhidin məzarını hamılıqla ziyarət etmək planlaşdırılmışdır.

Xahiş edirik İslam şəhidinin məzarını ziyarət etməyi hər bir mömin özünə vəzifə bilsin. Bu, şəhidimizə, dinimizə, özümüzə hörmətdir.


Story Code: 278700

News Link :
https://www.islamtimes.org/az/news/278700/islam-şəhidi-hacı-vaqif-abdullayevin-il-mərasimi

Islam Times
  https://www.islamtimes.org