0
Tuesday 2 July 2013 - 09:40

Rasmussen türk köməkçisinin yerinə almaniyalını təyin edib

Story Code : 278750
Rasmussen türk köməkçisinin yerinə almaniyalını təyin edib
Belə ki, Rasmussen yeganə türk köməkçisi olan Hüseyn Diriözün yerinə bir almaniyalını təyin edib. Türk mətbuatı xəbər verir ki, 2014-cü ildə vəzifə müddəti bitəcək Rasmussen vaxt itirmədən bu seçimini xələfinə buraxmayıb.
 
Rasmussen Hüseyn Diriözün yerinə Türkiyənin namizəd göstərdiyi Basatın Öztürkü deyil, almaniyalı diplomatı seçib. NATO-nun baş katibi eyni zamanda Yunanıstan səfiri Terri Stamopoulosu siyasi məsələlər üzrə məsul köməkçi təyin edib. Bundan başqa Stamopoulos Cənubi Kipr və İsrail ilə əlaqələrə cavabdeh şəxs olacaq.
 
Ankara isə bununla bağlı artıq öz narahatlığını Rasmussenə çatdırıb. /anspress/
Comment