QR CodeQR Code

Kabildə NATO bazasında baş verən partlayışda dörd nəfər ölüb

2 Jul 2013 10:10

IslamTimes - Kabildə yerləşən NATO bazasının qapıları önündə baş verən partlayış nəticəsində dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.


APA-nın məlumatına görə, partlayıcı yüklənmiş avtomobil düşərgənin qarşısında partladılıb. İlkin məlumata görə, həlak olanlardan iki nəfər mülki şəxs, iki nəfər isə mühafizəçidir. Maşında iki kamikadzenin olduğu bildirilir, mühafizəçilər hər iki şəxsi zərərsizləşdiriblər.


Story Code: 278765

News Link :
https://www.islamtimes.org/az/news/278765/kabildə-nato-bazasında-baş-verən-partlayışda-dörd-nəfər-ölüb

Islam Times
  https://www.islamtimes.org