0
Tuesday 2 July 2013 - 22:09

“Xəzər regionunda İranla bizim ümumi maraqlarımız var”

Story Code : 279012
“Xəzər regionunda İranla bizim ümumi maraqlarımız var”
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Mahmud Əhmədinejatla görüşüb. APA-nın Moskva müxbiriniin verdiyi məlumata görə, Kremldə baş tutan görüşdə Rusiya prezidenti Mahmud Əhmədinejata Qaz İxrac Edən Ölklərin dövlət və hökumət başçılarının Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib: “Rusiya və İran dünyanın təbii qaz ehtiyyyatına görə ən böyük ölkələrdən biridirlər. Sözsuz ki, bizim burada böyük maraqlarımız var. Bizim bu gun ikitərəfli münasibətlərimizi, regiondakı ümumi vəziyyəti müzakirə etmək imkanımız var. Biz sizinlə Xəzər regionunda da qonşuyuq. Əlbəttə ki, burada da ümumi maraqlarımız var”. İran prezidenti dəvətə görə rusiyalı həmkarına təşəkkürünü bildirib. Moskvada keçirilən Qaz İxrac Edən Ölkələrin dövlət və hökumət başçılarının Forumunun yüksək səviyyədə keçdiyini söyləyən Mahmud Əhmədinejat Rusiya və İran əməkdaşlığının iki ölkənin də xeyrinə olduğunu bildirib: “İndiki vaxtda bizim əməkdaşlığımız çox vacibdir. Biz bir-birindən ayrıla bilməyən iki qonşu dövlətlərik. Neft-qaz sahəsində Rusiya-İran əməkdaşlığı sürətlə inkişaf edir. Hesab edirəm ki, biz bunu praktikada da tətbiq etməliyik. Atom enerjisi sahəsində əlaqələrə gəldikdə isə, siz İstanbulda verdiyiniz sözü tutdunuz. İndi bu söz artıq gerçəkləşib. Atom stansiyasının tikintisi başa çatıb. Artıq stansiya elektrik enerjisi istehsal edir. Buşehr atom stansiyası Rusiya-İran ikitərəfli əməkdaşlığının simvoluna çevrilib. Fikrimcə, biz bu sahədə əlaqələrimizi daha da genişləndirə və yeni elektrik stansiyası tikə bilərik”. Daha sonra görüş bağlı qapılar arxasında davam edib.
Comment