QR CodeQR Code

Həbsdəki dindarlar barədə yeni qərar çıxdı

Islamazeri , 3 Jul 2013 00:38

Islamtimes - Bəxtiyar Qurbanov və Röyal Əsgərovun həbs müddəti artırılıb.


Bu barədə Röyal Əsgərovun vəkili Yavər Hüseyn məlumat verib.
O verdiyi açıqlama bildirib ki, “Məhkəmə istintaqı başlamadığı üçün Röyal və Bəxtiyarın həbs müddəti 1 ay daha artırıldı. Çünki həbs müddəti artırılmasaydı, hər iki dindar azadlığa buraxılmalı idi. Lakin məhkəmə istintaqına görə həbs müddəti artırıldı. Ola bilər 1 həftə, yada 10 günə iş məhkəmə istintaqına göndərilsin. Hər halda iş başlayacaq.”

Xatırladaq ki, Bəxtiyar Qurbanov və Röyal Əsgərov ilahiyyatçı Hacı Tale Bağırovun həbsindən sonra aprel ayının biri saxlanılıblar. Onlar Bakı Şəhəri İcra Hakimiyyətinin giriş qapısını yandırmaqda ittiham olunurlar.


Story Code: 279052

News Link :
https://www.islamtimes.org/az/news/279052/həbsdəki-dindarlar-barədə-yeni-qərar-çıxdı

Islam Times
  https://www.islamtimes.org