QR CodeQR Code

Culian Assanc: “Obama qisas alır”

3 Jul 2013 14:45

IslamTimes - “Wikileaks” saytının təsisçisi Culian Assanc bildirib ki, ABŞ prezidenti Barak Obama keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Edvard Snaudendən qisas almağa çalışır.


Bu barədə Assanc sosial şəbəkədəki səhifəsində bildirib. Assancın sözlərinə görə, Fransa və Portuqaliya məhz ABŞ-ın sifarişi ilə Boliviya prezidenti Evo Moralesin olduğu təyyarəni öz hava məkanına buraxmayıb. Belə ki, ABŞ həmin təyyarədə Snaudenin də olmasından ehtiyatlanır.
 
“Bu Obamanın çox cılız şəkildə bir qisasıdır”, - deyə qalmaqallı saytın təsisçisi bildirib. O həmçinin xatırladıb ki, ABŞ rəhbərliyi bir vaxtlar ondan da qisas almağa çalışıb.
 
/Deyerler/


Story Code: 279264

News Link :
https://www.islamtimes.org/az/news/279264/culian-assanc-obama-qisas-alır

Islam Times
  https://www.islamtimes.org