QR CodeQR Code

Obama Misir ordusunu hakimiyyəti tez bir zamanda hökumətə verməyə çağırıb

4 Jul 2013 08:10

IslamTimes - ABŞ prezidenti Barak Obama Misir ordusunu hakimiyyəti mümkün qədər tez demokratik yolla seçilmiş mülki hökumətə verməyə çağırıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatla Ağ Ev çıxış edib.  
 
“Biz ümid edirik ki, hərbçilər qeyri-müəyyənlik dövründə azad toplaşma və ədalətli məhkəmə kimi hüquqlar da daxil olmaqla bütün misirlilərin hüquqlarına riayət olunmasını təmin edəcəklər”, deyə bəyanatda deyilir.  
 
“Mən Misir ordusunu tez bir zamanda və məsuliyyətlə bütün hakimiyyəti bərabər hüquq şəffaflıq əsasında demokratik yolla seçilmiş mülki hökumətə verməyə çağırıram”, deyə Obama bəyan edib.  

ABŞ prezidenti Misiri əsas olmadan prezident postundan kənarlaşdırılmlş Məhəmməd Mursini və onun tərəfdarlarını həbs etməkdən çəkinməyə çağırıb.  
 
Misir KİV-lərinin məlumatına görə,  təhlükəsizlik qüvvələri “Müsəlman qardaşlar” hərəkatının  300 üzvünün həbs olunmasına dair göstəriş verib. Məhəmməd Mursinin özü isə Hərbi Kəşfiyyat Baş İdarəsinin mənzil-qərargahına aparılıb.


Story Code: 279426

News Link :
https://www.islamtimes.org/az/news/279426/obama-misir-ordusunu-hakimiyyəti-tez-bir-zamanda-hökumətə-verməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org