0
Thursday 4 July 2013 - 09:22

Fransa Boliviyadan üzr istəyib

Story Code : 279458
Fransa Boliviyadan üzr istəyib
Xarici informasiya vasitələrinin məlumatına görə, Fransa prezidenti bu məsələ ilə bağlı əmri şəxsən verdiyini söyləyib. Onun sözlərinə əsasən, prezidentə məxsus olduğu bilinəndən sonra sonradan təyyarənin buraxıldığı haqda göstəriş verib.
 
Rəsmi Boliviya prezident təyyarəsinin uçuşuna əngəl törətdiyi üçün Fransa, İtaliya, İspaniya və Portuqaliya hakimiyyətlərini ittiham edib.
 
Xatırladaq ki, iyulun 2-də Rusiyada səfərdə olan Boliviya prezidenti Evo Moralesin təyyarəsi Vyanaya planlaşdırılmamış eniş edib. Buna səbəb Fransa və Portuqaliyanın ona hava məkanlarından uçmağı yasaqlaması göstərilmişdi.
 
Onlar bu addımı Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvardr Snoudenin E.Moralesin təyyarəsində olmasından şübhələndikləri ilə əsaslaşdırmışdılar. Boliviya hakimiyyəti Snoudenin həmin təyyarədə olması ilə bağlı xəbərləri təkzib etmişdi.  Lent.az
Comment