QR CodeQR Code

Fransa Boliviyadan üzr istəyib

4 Jul 2013 09:22

IslamTimes - Fransa hakimyyəti Boliviyadan prezident Evo Moralesin təyyarəsinin ölkənin hava məkanından uçmasına icazə vermədiyi üçün üzr istəyib.


Xarici informasiya vasitələrinin məlumatına görə, Fransa prezidenti bu məsələ ilə bağlı əmri şəxsən verdiyini söyləyib. Onun sözlərinə əsasən, prezidentə məxsus olduğu bilinəndən sonra sonradan təyyarənin buraxıldığı haqda göstəriş verib.
 
Rəsmi Boliviya prezident təyyarəsinin uçuşuna əngəl törətdiyi üçün Fransa, İtaliya, İspaniya və Portuqaliya hakimiyyətlərini ittiham edib.
 
Xatırladaq ki, iyulun 2-də Rusiyada səfərdə olan Boliviya prezidenti Evo Moralesin təyyarəsi Vyanaya planlaşdırılmamış eniş edib. Buna səbəb Fransa və Portuqaliyanın ona hava məkanlarından uçmağı yasaqlaması göstərilmişdi.
 
Onlar bu addımı Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvardr Snoudenin E.Moralesin təyyarəsində olmasından şübhələndikləri ilə əsaslaşdırmışdılar. Boliviya hakimiyyəti Snoudenin həmin təyyarədə olması ilə bağlı xəbərləri təkzib etmişdi.  Lent.az


Story Code: 279458

News Link :
https://www.islamtimes.org/az/news/279458/fransa-boliviyadan-üzr-istəyib

Islam Times
  https://www.islamtimes.org