0
Thursday 4 July 2013 - 11:48

Təhrir meydanında hollandiyalı jurnalist zorlandı

Story Code : 279512
Təhrir meydanında hollandiyalı jurnalist zorlandı
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, xalqın etiraz aksiyasını işıqlandırmaq üçün Təhrir meydanına gələn hollandiyalı jurnalist bir qrup etirazçı tərəfindən cinsi təcavüzə məruz qalıb.
 
Bu hadisə eynilə 2011-ci il Hüsnü Mübarəkin devrildiyi zaman CBS kanalının xəbər bölməsinin rəhbəri Lora Lorqanın döyülərək təcavüzə məruz qaldığı məkanda baş verib.
 
Hollivud Reporterin yaydığı xəbərə əsasən, Qahirədki Hollandiya səfirliyi misirli etirazçılar tərəfindən həyata keçirilmiş uyğun qeyri-insani olayı təsdiqləyərək bildirib ki, 22 yaşlı hollandiyalı jurnalist cümə axşamı günü Təhrir meydanında cinsi təcavüzə məruz qalıb. Jurnalistə ilkin tibbi yardımlar göstərildikdən sonra o Hollandiyaya göndərilib.
Comment