QR CodeQR Code

Suriya qəzetlərindən iddia: “MİT-in Hələbdəki adamı tutuldu”

Islamtimes , 5 Jul 2013 00:56

Islamtimes - Suriya mətbuatı MİT-in Hələbdəki adamı olaraq xarakterizə etdiyi “Bədir Şəhidləri Briqadası” adlı qrupun lideri Xalid Hayyaninin tutulduğunu bildirdi.


islamtimes.org/az/ - Xalid Hayyaninin Suriya təhlükəsizlik gücləriylə girdiyi qarşıdurmada yaralı olaraq ələ keçirildiyi bildirilərkən, Suriya televiziyasının çox yaxında Xalid Hayyaninin etiraflarını yayımlayacağı açıqlandı.

Əhrar-Suriya adlı silahlı qrupun liderlərindən Əhməd Afəşle yaxın əlaqədə olduğu bildirilən Xalid Hayyaninin Hələbdəki fabriklərə aid təchizatlarını yağmalayaraq Türkiyəyə qaçırmaqda günahlandırıldığı irəli sürülür.

Hayyaninin ayrıca Əşrəfiyə, Suriya, Şeyhan və Sebil bölgələrinə təşkil edilən mina atan hücumlarından məsul tutulduğu bildirilir.
Türkiyədən isə mövzuyla əlaqədar heç bir şərh gəlmədi.


Story Code: 279769

News Link :
https://www.islamtimes.org/az/news/279769/suriya-qəzetlərindən-iddia-mit-in-hələbdəki-adamı-tutuldu

Islam Times
  https://www.islamtimes.org