QR CodeQR Code

İki ölkə Edvard Snoudenə siyasi sığınacaq verməyə hazırdır

6 Jul 2013 09:55

IslamTimes - Nikaraqua prezidenti Daniel Orteqa və Venesuela lideri Nikolas Maduro Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenə siyasi sığınacaq verməyə hazırdır.


Bu barədə “Guardian” nəşri xəbər yayıb. “Venesuela prezidenti kimi ABŞ-ın gənc vətəndaşı Edvard Snoudenə siyasi sığınacaq verməyə hazıram. O Bolivar və Çavesin vətənində, ABŞ-ın təqibindən uzaqda rahat yaşa bilər”. Bu fikirləri Venesuela prezidenti Nikolas Maduro deyib.
 
Dünən Nikaraqua prezidenti Daniel Orteqa da Edvard Snoudenə siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edib.
 
Qeyd edək ki, MKİ-nin sabiq əməkdaşı Edvard Snouden hələ də “Şeremetyevo” aeroportunun tranzit zonasındadır.


Story Code: 280125

News Link :
https://www.islamtimes.org/az/news/280125/iki-ölkə-edvard-snoudenə-siyasi-sığınacaq-verməyə-hazırdır

Islam Times
  https://www.islamtimes.org