0
Saturday 6 July 2013 - 17:05

“Mursi Türkiyədən sığınacaq istəməyib“

Story Code : 280281
“Mursi Türkiyədən sığınacaq istəməyib“
Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan ordunun Misir prezidenti Məhəmməd Mursi üçün 48 saat vaxt qoymasına da münasibət bildirib. "Bu tarixi bir səhv olar. Tək çıxış yolu seçkilərdir".
 
Baş nazir Mursiyə 3 ölkədən sığınacaq ala biləcəyi təklif edildiyi haqqında iddiaları cavab verib. "Türkiyəyə sığınacaq tələbi olmayıb. Bu ana qədər belə bir təklif söhbət mövzusu deyil".
 
Ərdoğan Misirdə baş verənlərə də münasibət bildirib. "İki il öncəsinə qədər Misirdə tək partiyalı bir rejim, dikatatorluq var idi. 30 ildən çox bir müddətdə Misir belə vəziyyətdə yaşayıb. Amma 1 il öncə səslərin 52 faizi ilə prezident seçilib. İndi bəzi qruplar "bəyənmədik" deyir və ordu hərəkətə keçir.
 
Hər siyasətçinin, siyası liderin xətaları ola bilər. Mənim də ola bilər. Bunun cəzasını vermək və siyasətdən məhrum etmək bəzi heqomon güclərin vəzifəsi deyil. Bu xalqın iradəsi ilə olar. Əgər dərsini alıbsa yenidən xalqın qarşısına çıxar və ya bir kənara çəkilər.Biz bu vəziyyətə müsbət yanaşmırıq və yanaşmayacağıq". /anspress/
Comment