QR CodeQR Code

Parlamentdə qan töküldü

7 Jul 2013 14:41

IslamTimes - Türkiyə Böyük Millət Məclisinin dünənki iclası xoşagəlməz hadisələrlə yadda qalıb.


Gezi Parkındakı polis müdaxiləsi müzakirə olunarkən deputatlar arasında fikir ayrılığı yaranıb. Söz savaşı sonradan əlbəyaxa davaya keçib. Dava Cumhuriyyət Xalq Partiyası (CHP) İstanbul millət vəkili Mahmut Tanalın baş nazir köməkçisi Bekir Bozdağın üstünə yeriməsi ilə başlayıb. Mahmut Tanalın bu hərəkətindən sonra Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri ilə CHP-li vəkillər sözün əsl mənasında qırğına çıxıblar. Nəticədə AKP Şırnak millət vəkili Mehmet Emin Dindarın qaşı yarılıb. /Press24/


Story Code: 280520

News Link :
https://www.islamtimes.org/az/news/280520/parlamentdə-qan-töküldü

Islam Times
  https://www.islamtimes.org