QR CodeQR Code

Həsən Ruhani İlham Əliyevin məktubuna cavab verib

Islamazeri , 7 Jul 2013 21:36

İslamtimes - İranın seçilmiş Prezidenti Azərbaycan Respublikası Prezidentinin təbrik müraciətini cavablandırıb .


İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının seçilmiş Prezidenti Həsən Ruhani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təbrik məktubuna cavabda Tehran-Bakı münasibətlərinin daha da möhkəmləndirilməsini vurğulayıb.

İSNA-nın verdiyi məlumata görə, İranın seçilmiş prezidenti Həsən Ruhani İlham Əliyevə təbrik məktubuna görə öz təşəkkürünü bildirərək deyib: "İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və etimad əsasında qurulmuş dinc münasibətlər bundan sonra da daha geniş müştərək səylər nəticəsində daha da möhkəm və dərin olacaq".


Story Code: 280630

News Link :
https://www.islamtimes.org/az/news/280630/həsən-ruhani-ilham-əliyevin-məktubuna-cavab-verib

Islam Times
  https://www.islamtimes.org