0
Monday 8 July 2013 - 08:38

Mursi tərəfdarları ABŞ bayrağını yandırdılar

Story Code : 280699
Mursi tərəfdarları ABŞ bayrağını yandırdılar
Bir tərəfdə hərbi çevriliş nəticəsində devrilən hökumət tərəfdarları ilə əleyhdarları arasında dava-dalaş, digər tərəfdə isə qarşıdurmalarda ölənlərin dəfn mərasimi keçirilir.
 
Ölkədə günlərdir davam edən qarşıdurma nisbətən səngisə də, etirazlar səngimək bilməyib. Ölkənin ikinci ən böyük şəhəri olan İsgəndəriyyədə bir qrup Mursi tərəfdarı Amerika Birləşmiş Ştatları konsulluğu qarşısında toplaşaraq Ağ Ev rəhbərliyinə qarşı şüarlar səsləndiriblər.
 
Etirazçı: “Bura gəlmişik bildirək ki, Misirdə baş verənlər hərbi çevriliş deyil, bu, xalqın terrorizmə və Amerikaya qarşı iradəsidir. Biz ölkəmizin azad olmasını istəyirik. Heç bir xarici qüvvənin Misirə müdaxilə etməyə haqqı yoxdur”.
 
Sosial şəbəkələrdə isə bir qədər əvvəl ölkədə yaşanan qarşıdurmaların dəhşətli görüntüləri yayımlanıb. Videogörüntülərdə Məhəmməd Mursi tərəfdarları ilə ordu qüvvələri arasında yaşanan qarşıdurma zamanı iki gəncin binanın üzərindən yerə atılması öz əksini tapıb.
 
AzNews.az
Comment