QR CodeQR Code

Mursi devrildi, Suriya səfirliyi bərpa edildi

8 Jul 2013 13:01

IslamTimes - Misirin keçmiş sələfiyönlü prezidenti Mursi Misir xalqı tərəfindən devrildikdən sonra, Suriyanın rəsmi səfiri Qahirədə öz rəsmi missiyasını yenidən bərpa edib.


Xatırladaq ki, Mursi 15 iyun 2013 tarixində Qahirədə “Suriyaya yardım” adlı keçirilən tədbir zamanı bildirmişdi ki, “Misir dövləti bu gün, Bəşər Əsəd hakimiyyəti ilə diplomatik əlaqələrini  donduraraq, Suriyanın Qahirədəki səfirliyini bağlamağı qərara alıb. ”
 
Mursi həmçinin Misirin Dəməşqdəki müvəqqəti işləri üzrə müvəkkilinin yeni geri döndüyünü bildirərək, qərb ölkələrindən Suriyaya qarşı qadağan olunmuş uçuş planının icra edilməsini istəmişdir. O, Livan Hizbullah Müqavimət Təşkilatına da müraciət edərək, Suriyadan çıxmasını tələb etmişdir.
 
Misirin radikal sələfiyönlü "Müsəlman qardaşları" partiyasının üzvü olan Mursi Misir vəhhabilərinin Qahirə toplantısında iştirak edərək, Suriya terrorçularının bayrağını ucaldaraq, rəsmi şəkildə terrorçulara Suriya hakimiyyətinin devrilməsində köməklik edəcəyini elan etmişdir.  /azadxeber/


Story Code: 280834

News Link :
https://www.islamtimes.org/az/news/280834/mursi-devrildi-suriya-səfirliyi-bərpa-edildi

Islam Times
  https://www.islamtimes.org