0
Tuesday 9 July 2013 - 19:41

“Azərbaycan İranın yaxın qonşusu və dost ölkədir”

Story Code : 281308
“Azərbaycan İranın yaxın qonşusu və dost ölkədir”
Yerli mətbuata açıqlama verən Seyid Abbas İraqçi bildirib ki, Azərbaycan İranın yaxın qonşusu və dost ölkədir. İki ölkə arasında zəngin tarixi, ictimai, mədəni və siyasi ortaqlıqlar var. İran həmişə Azərbaycanın ərazi bütövlüyü və hakimiyyətinə hörmət edib. Ümid edirik ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri demokratik şəkildə baş tutacaq”. Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan İraqçi qeyd edib ki, məsələ barədə İranın mövqeyində dəyişiklik yoxdur.
“Münaqişə ikitərəfli danışıqlar yolu ilə həll edilməlidir. İran da müzakirə tərəflərilə əməkdaşlıq etməyə hazırdır. Hələlik isə problemin həllini ATƏT-in Minsk Qrupu öz üzərinə götürüb. Bütün hallarda isə İran Qarabağ məsələsi ətrafında sülhə nail olmaq üçün əməkdaşlığa və yardıma hazırdır” – İraqçi deyib. /haqqyolu/
Comment