QR CodeQR Code

İşğalçı İsrail “S300” raketlərin Suriyaya göndərilməməsi üçün səy göstərir

9 Jul 2013 19:45

IslamTimes - “S300” havadan müdafiə zenit raket sistemlərinin Suriyaya verilməsi İsrail diplomatiyasının məğlubiyyəti deməkdir.


İsraildə nəşr edilən “Yedioth Ahronoth” qəzetinə istinadla verdiyi xəbərə əsasən, işğalçı İsrail siyasi və hərbi rəsmiləri Rusiyadan Suriyaya göndəriləcək “S300”lərin gəlişindən çox narahatdır. Mənbə İsrailin hərbi rəsmilərinə istinadən yaydığı xəbərində, ölkənin siyasi və təhlükəsizlik qurumlarının həmin silahların Suriyaya gəlməməsi üçün böyük səy göstərdiklərini yazır. Bu silahların Suriyada yerləşdirilməsi halında, İsrail hava yollarının və bəzi strateji obyektlərin təhlükəyə məruz qalacağı iddia edilir.
 
Xatırladaq ki, raketlərin Suriyaya verilməməsi üçün qondarma İsrail baş naziri dəfələrlə Rusiyaya səfər edib. /Haqqyolu/


Story Code: 281310

News Link :
https://www.islamtimes.org/az/news/281310/işğalçı-israil-s300-raketlərin-suriyaya-göndərilməməsi-üçün-səy-göstərir

Islam Times
  https://www.islamtimes.org