QR CodeQR Code

Suriyalı terroristlər geri çəkilir

10 Jul 2013 10:25

IslamTimes - Son zamanlar Suriya ordusu tərəfindən sarsıdıcı məğlubiyyətlərə uğrayan Suriyadakı terroristlər ramazan ayında atəşkəs elan edilməsi ardıncadır.


Özlərini Suriya müxalifəti adlandıran terroristlər BMT Baş katibi Pan Gi Munun müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayında Suriyada hərbi əməliyyatları dayandırmaq barədə çağırışını dəstəkləməyə hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə iyulun 9-da Ankarada  SİMQMK-nın lideri Əhməd Carba bəyan edib.
 
“Biz bu çağırışı, əlbəttə ki, alqışlayırıq”, deyə Livanın “Deyli Star” qəzeti Ə.Carbanın sözlərini sitat gətirib.   
 
Xatırladaq ki, iyulun 7-də “Röyters” agentliyinə müsahibəsində Əhməd Cabra üsyançıların hökumət qüvvələri tərəfindən mühasirəyə alındığı Homs şəhərində atəşkəs elan olunması təklifi ilə çıxış edib.
 
Suriya silahlı müxalifətin vahid komandanlığının rəhbəri Səlim İdris isə, öz növbəsində, bütün üsyançıları “həlledici döyüşlərin getdiyi” ölkənin üçüncü iri şəhəri sayılan Homs şəhərinə getməyə çağırıb.   


Story Code: 281447

News Link :
https://www.islamtimes.org/az/news/281447/suriyalı-terroristlər-geri-çəkilir

Islam Times
  https://www.islamtimes.org