0
Thursday 11 July 2013 - 22:36

İslam Rəhbəri İslam cəmiyyətlərində Qurana əsaslanan həyat tərzinin vacibliyini vurğulayıb

Story Code : 282152
İslam Rəhbəri İslam cəmiyyətlərində Qurana əsaslanan həyat tərzinin vacibliyini vurğulayıb
İslam Rəhbəri İslam cəmiyyətlərində Qurana əsaslanan həyat tərzinin vacibliyini vurğulayıb
Islam times.org/az/ - Ramazan ayının birinci günü münasibəti ilə təşkil edilmiş və Quran qarilərinin, hafizlərinin və alimlərin bir araya gəldiyi məclisdə İslam Rəhbəri deyib: “Qurana əsaslanan hidayət və İslami həyat tərzi İslami cəmiyyətdə hakim olmalıdır.”

Digər cəmiyyətlərdə Qərb mədəniyyətinin təbliği üçün xüsusi cəhdlərin edilməsinə toxunan Ayətullah Əl üzma Xamenei deyib ki, dünyanın əksər insanlarının qərb mədəniyyətinə bağlılığı o demək deyil ki, İslami cəmiyyətdə də insanlar bu mədəniyyətin ardınca getməlidirlər.

İslam Rəhbəri İslami cəmiyyətdə Qurana əsaslanan həyat tərzinin höküm sürməsinin vacibliyini vurğulamış və demişdir ki, əqidə, vicdan və İmam və Peyğəmbərlərin dedikləri Quran məntiqini təşkil edir.

İranlı gənclər arasında Quran oxunuşuna və əzbərlənməsinə artan marağın qənaətbəxş olduğunu bildirən İslam Rəhbəri cəmiyyətin bütün üzvlərini Quran oxumağa səsləyib.

Məclis zamanı həmçinin qari və hafizlər Qurandan ayələr oxuyublar.
Source : Islamtimes
Comment