QR CodeQR Code

İslam Rəhbəri İslam cəmiyyətlərində Qurana əsaslanan həyat tərzinin vacibliyini vurğulayıb

Islamtimes , 11 Jul 2013 22:36

İslamtimes - İslam İnqilabının rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei deyib ki, müqəddəs Quranın oxunması və onun əzbərlənməsi “ideal Qurani cəmiyyətin” yaranmasında xüsusi rol oynayır.


islamtimes.org/az/ - Ramazan ayının birinci günü münasibəti ilə təşkil edilmiş və Quran qarilərinin, hafizlərinin və alimlərin bir araya gəldiyi məclisdə İslam Rəhbəri deyib: “Qurana əsaslanan hidayət və İslami həyat tərzi İslami cəmiyyətdə hakim olmalıdır.”

Digər cəmiyyətlərdə Qərb mədəniyyətinin təbliği üçün xüsusi cəhdlərin edilməsinə toxunan Ayətullah Əl üzma Xamenei deyib ki, dünyanın əksər insanlarının qərb mədəniyyətinə bağlılığı o demək deyil ki, İslami cəmiyyətdə də insanlar bu mədəniyyətin ardınca getməlidirlər.

İslam Rəhbəri İslami cəmiyyətdə Qurana əsaslanan həyat tərzinin höküm sürməsinin vacibliyini vurğulamış və demişdir ki, əqidə, vicdan və İmam və Peyğəmbərlərin dedikləri Quran məntiqini təşkil edir.

İranlı gənclər arasında Quran oxunuşuna və əzbərlənməsinə artan marağın qənaətbəxş olduğunu bildirən İslam Rəhbəri cəmiyyətin bütün üzvlərini Quran oxumağa səsləyib.

Məclis zamanı həmçinin qari və hafizlər Qurandan ayələr oxuyublar.


Story Code: 282152

News Link :
https://www.islamtimes.org/az/news/282152/islam-rəhbəri-cəmiyyətlərində-qurana-əsaslanan-həyat-tərzinin-vacibliyini-vurğulayıb

Islam Times
  https://www.islamtimes.org