0
Friday 12 July 2013 - 16:48

Misirdəki daxili münaqişələr İsrailin xeyrinədir

Story Code : 282357
Misirdəki daxili münaqişələr İsrailin xeyrinədir
Misirdəki daxili münaqişələr İsrailin xeyrinədir
Islam times.org/az/ - Cümə axşamı günü dərc edilən bəyanatda alimlər qeyd edərək bildiriblər ki, daxili çəkişmələr “mühüm ölkə olan Misiri” qaranlıq və mürəkkəb bir sonluğa çəkə bilər və bu da bütün regioan təsir edə bilər.

Din alimləri münaqişə tərəflərinə müraciət edərək qardaş qırğınına son verməyi, dialoq prinsiplərinə əməl etməyi və zorakılıqdan çəkinməyi məsləhət görüblər.

Bəyanatda deyilir: “Misirdə mövcud olan qardaş qırğını yalnız və yalnız İslam ümmətinin düşmənlərini şad edir, xüsusən də İslami Oyanış hərəkatından bərk qorxan sionist rejimi İsraili.”

Qeyd edək ki, prezident Muhəmməd Mursini ordu tərəfindən devrildikdən sonra ölkə münaqişə içərisinə girib.
Ordu Mursini devirdikdən sonra Misir ali konistitusiya məhkəməsinin sədri Adil Mənsuri müvəqqəti prezident təyin edib.

Misirin Müsəlman Qardaşları bu hərəkəti ordunun hərbi çevriliş olduğunu bildirib və xalqı orduya qarşı etirazlara səsləyib.
Çərşənbə günü Misirin baş prokuroru Müsəlman Qardaşların ali rəhbəri Muhəmməd Bədie də daxil olmaqla qrup rəhbərlərinin həbsi haqqında qərar verib.
Source : Islamtimes
Comment