QR CodeQR Code

Fələstin səhiyyə naziri: 360 xəstənin həyatı təhlükə altındadır

Islamtimes , 14 Jul 2013 01:05

Islamtimes - Fələstinin səhiyyə naziri xəbərdarlıq edərək bildirib ki, Rəfah sərhəd keçid məntəqəsinin bağlanması səbəbindən Qəzza Zolağından kənarda tibbi müalicə alan 360-dan çox fələstinlinin həyatı ciddi təhlükə altındadır.


islamtimes.org/az/ - Cümə axşamı günü mətbuat konfransında çıxış edən səhiyyə naziri deyib ki, 26 xərçəng xəstəsi Qəzzadan kənarda yerləşən xəstəxanalarda daimi müalicələrini almalıdırlar və onlardan 22-nin təcili şəkildə müalicə üçün səyahət etməsinə ehtiyac var.

Nazir qeyd edərək bildirib ki, 206 xəstə keçən bir neçə gün ərzində sərhəd keçid məntəqəsinin bağlanması nəticəsində tibbi müalicə üçün səyahət edə bilməyiblər.

Nazir Misir rəsmilərinə müraciət edərək bu xəstələrin Misir xəstəxanalarında müalicə ala bilmələri üçün Rəfah sərhəd keçid məntəqəsini təcili şəkildə yenidən açmasını tələb edib.


Story Code: 282826

News Link :
https://www.islamtimes.org/az/news/282826/fələstin-səhiyyə-naziri-360-xəstənin-həyatı-təhlükə-altındadır

Islam Times
  https://www.islamtimes.org