0
Sunday 14 July 2013 - 01:37

Ərdoğan Misirdəki hərbi çevrilişi qeyri qanuni adlandırıb

Story Code : 282831
Ərdoğan Misirdəki hərbi çevrilişi qeyri qanuni adlandırıb
Ərdoğan Misirdəki hərbi çevrilişi qeyri qanuni adlandırıb
Islam times.org/az/ - Türkiyənin rəsmi xəbər agentliyi olan Anadolunu verdiyi məlumata əsasən cümə axşamı günü Misirdə baş verən hadisələr haqqında danışan Ərdoğan deyib ki, Ankara bütün hərbi çevrilişləri qeyri qanuni hesab edir.

3 İyul tarixində Misirdə ordu prezident Mursini hakimiyyətdən devirdikdən və konistitusiyanı buraxdıqdan sonra kütləvi münaqişələr başladı. Ordunun Mursini devirməsi ona qarşı olan neçə günlük kütləvi etriazlardan sonra baş verdi.

Ordu Misir ali konistitusiya məhkəməsinin sədri Adil Mənsuri 4 iyul tarixində ölkənin müvəqqəti prezidenti təyin etdi.

Türkiyəli baş nazir əlavə edərək deyib: “Əgər meydanlar etirazın göstəricisidirsə, bəs onda prezident sarayı yaxınlığında yerləşən və prezident Mursinin tərəfdarları ilə dolu olan Rabiətul Ədviyə meydanını hara qoyursunuz?”

5 İyul tarixində Ərdoğan Mursinin vəzifədən hərbi yol ilə devrilməsini tənqid etmiş və Qərbi də bu çevrilişə səssiz qaldığı üçün qınamışdır.

Keçən həftədən etibarən Misir devrilmiş prezident Mursi tərəfdarları və təhlükəsizlik qüvvələri arasında olan qızğın və ölümcül etirazlara şahidlik edir. Keçən bir neçə gün ərzində 80-dən çox insan həlak olub.

BMT baş katibi Ban Ki-mun Misirdə siyasi fiqurların həbsi barədə narahatçılığını bildirmiş və demişdir: “Misirdə hər hansı bir partiya və ya cəmiyyətin bağlanması və üzvlərinin həbs edilməsi yol verilən deyil.”
Source : Islamtimes
Comment