QR CodeQR Code

İstanbulda polis etiraz aksiyasını yatırmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib

14 Jul 2013 14:07

IslamTimes - İstanbul polisi bu gün Gəzi parkının yaxınlığında keçirilən etiraz aksiyasını yatırarkən yenidən güc istifadə edib.


APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu gün yüzlərlə insan hökumətin apardığı siyasətə etiraz bildirmək məqsədilə yenidən İstanbulun mərkəzinə toplaşıb. Aksiyaya əsas səbəb hökumətin Mühəndis və Memarlar Assosiasiyasının şəhərdə yenidənqurma layihələrini təsdiqləmək  hüququnun ləğvini nəzərdə tutan qanunu qəbul  etmək qərarı olub.
 
Aksiyanı yatırmaq üçün polis su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.
 
Aksiya fəallarının saxlanılması barədə xəbər verilmir.


Story Code: 282991

News Link :
https://www.islamtimes.org/az/news/282991/istanbulda-polis-etiraz-aksiyasını-yatırmaq-üçün-su-şırnağı-və-gözyaşardıcı-qazdan-istifadə-edib

Islam Times
  https://www.islamtimes.org