QR CodeQR Code

İsraildə də etirazlar başladı

14 Jul 2013 16:17

IslamTimes - İsraildə cari iqtisadi durum xüsusi olaraq orta təbəqəyə ağır zərbə vurub


İsrail də artıq etiraz dalğasına bürünən ölkələrin siyahısına düşüb. Hələ 2011-ci ildə ölkənin müxtəlif şəhərlərində yüksək yaşayış xərclərinə qarşı yüz minlərlə insanın iştirakı ilə kütləvi nümayişlər keçirilmişdi. Aksiyalar ilkin olaraq tez-tez qalxan ev qiymətlərinə hədəflənsə də, qısa zamanda bir sıra iqtisadi problemlərə, o cümlədən ərzağın bahalaşması, yanacaq və təhsil xərclərinə qarşı hiddət nümayişinə çevrilib. Aksiya kifayət qədər yığcam keçsə də, təşkilatçılar bunun yaxın həftələrdə böyük etiraz dalğasının yaranmasına təsir göstərəcəyinə ümid edir. İsraildə cari iqtisadi durum xüsusi olaraq orta təbəqəyə ağır zərbə vurub.
 
Maaşların artım tempi tez-tez dəyişən istehlak qiymətləri ilə ayaqlaşa bilmir. Bir çox yəhudilər isə özünü maliyyə naziri Yair Lapid tərəfindən aldadılmiş kimi hiss edir. Belə ki, hələ yanvar seçkiləri ərəfəsində, kampaniyası zamanı Lapid orta təbəqəyə yardım etməyə söz vermişdi. Lapidin təqdim etdiyi büdcə isə onun mərkəzi seçki kampaniyasına zidd olaraq, yüksək vergilər və ixtisar edilmiş bir çox müavinətlərlə birbaşa orta təbəqənin cibinə mənfi təsir edib. 


Story Code: 283023

News Link :
https://www.islamtimes.org/az/news/283023/israildə-də-etirazlar-başladı

Islam Times
  https://www.islamtimes.org