0
Sunday 14 July 2013 - 16:30

CNN: "Suriyadakı partlayışın arxasında İsrail var"

Story Code : 283027
CNN: "Suriyadakı partlayışın arxasında İsrail var"
CNN-nin məlumatına görə İsrail, həmin mərmiləri özü üçün təhlükə hesab edirdi. CNN, mərmilərin məhv edilib edilmədiyi bildirməyib.
Azad Suriya Ordusunun nümayəndəsi Qasım Sadəddin daha əvvəl verdiyi açıqlamada, ordunun Lazkiyədəki partlayışlarla əlaqəsi olmadığını söyləyib.
 
5 İyulda Suriyanın Lazkiyə əyalətində olan hökumət anbarında bir neçə partlayış baş vermişdi. Partlayışlarla əlaqədar məsuliyyəti boynuna götürən olmamışdı.
 
Çərşənbə axşamı günü, Azad Suriya Ordusu (OSO) adından danışan Qasım Sadəddin, Lazkiyədə Rusiya istehsalı olan mərmilərin havadan ya da Aralıq dənizindən edilən hücum nəticəsində məhv edildiyini, ancaq hücumun arxasında özlərinin olmadığını söyləmişdi. /azadxeber/
Comment