QR CodeQR Code

CNN: "Suriyadakı partlayışın arxasında İsrail var"

14 Jul 2013 16:30

IslamTimes - CNN-in məlumatına görə İsrail hava qüvvələri, Suriyanın Lazkiyə əyalətində yerləşən və içində Rusiya istehsalı Yahont mərmilərinində olduğu silah-sursat anbarını vurdu.


CNN-nin məlumatına görə İsrail, həmin mərmiləri özü üçün təhlükə hesab edirdi. CNN, mərmilərin məhv edilib edilmədiyi bildirməyib.
Azad Suriya Ordusunun nümayəndəsi Qasım Sadəddin daha əvvəl verdiyi açıqlamada, ordunun Lazkiyədəki partlayışlarla əlaqəsi olmadığını söyləyib.
 
5 İyulda Suriyanın Lazkiyə əyalətində olan hökumət anbarında bir neçə partlayış baş vermişdi. Partlayışlarla əlaqədar məsuliyyəti boynuna götürən olmamışdı.
 
Çərşənbə axşamı günü, Azad Suriya Ordusu (OSO) adından danışan Qasım Sadəddin, Lazkiyədə Rusiya istehsalı olan mərmilərin havadan ya da Aralıq dənizindən edilən hücum nəticəsində məhv edildiyini, ancaq hücumun arxasında özlərinin olmadığını söyləmişdi. /azadxeber/


Story Code: 283027

News Link :
https://www.islamtimes.org/az/news/283027/cnn-suriyadakı-partlayışın-arxasında-israil-var

Islam Times
  https://www.islamtimes.org