QR CodeQR Code

Səudiyyə Ərəbistanı iki şiə müsəlmanı etirazlara qoşulduqları üçün həbs edib

Islamtimes , 14 Jul 2013 22:21

Islamtimes - Səudiyyə Ərəbistan məhkəməsi iki şiə müsəlmana ölkənin neft ilə zəngin olan Şərq Əyalətində hökumət əleyhinə etiraz nümayişlərinə qoşulduqları üçün həbs əmri verib.


islamtimes.org/az/ - Cümə günü məhkəmə birinci şiə müsəlmana Avamiyə ərazisində etriazlara qoşulduğu üçün 8 il iş kəsib. O həmçinin mobil telefonunda krallıq və krallar əleyhinə şəkillərin olduğu və Qətifdə olan fəalları tanımaqda və onların fəaliyyətini gizlətməkdə təqsirkar bilinib.

Digər şəxs isə Qətif rayonunda təşkil edilən əksər hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi üçün 9 il həbs cəzasına məhkum edilib.

Keçən ay Səudiyyə Ərəbistanı məhkəməsi hüquq müdafiəçisi Əbdul Kərim əl Xadirə qarışıqlıq yaratmaq ittihamı ilə səkkiz il həbs cəzası verib.
Məhkəmə həmçinin ona həbs müddətindən sonra 10 il ərzində səyahət qadağası qoyub.

2011-ci ilin fevral ayından etibarən Səudiyyə Ərəbistanın Şərq Əyalətində xeyli nümayişlər təşkil edilir.
Hökumət əleyhinə nümayişçilər 2011-ci ilin noyabr ayında təhülkəsizlik qüvvələrinin Qətifdəki etirazçılara atəş açaraq beş şəxsi qətlə yetirdikdən və xeyli insanı yaraladıqdan sonra daha da fəallaşdılar.

Fəalların bildirdiyinə görə Səudiyyə Ərəbistanının həbsxanalarında 40 mindən çox siyasi məhbus var və onların əksəriyyəti də mühakimə olunmadan həbsdə saxlanılırlar.

2012-ci ilin oktyabr ayında Amnesty İnternational Səudiyyə hökumətinə müraciət edərək demokratik yönümlü etriazçılara qarşı zor tətbiq etməkdən əl çəkməsini tələb edib.


Story Code: 283092

News Link :
https://www.islamtimes.org/az/news/283092/səudiyyə-ərəbistanı-iki-şiə-müsəlmanı-etirazlara-qoşulduqları-üçün-həbs-edib

Islam Times
  https://www.islamtimes.org