QR CodeQR Code

Leonid Şeşnev: Sanksiyalar bumeranq effekti verir

Islamtimes , 15 Jul 2013 04:06

İslamtimes - Rusiya milli və beynəlxalq təhlükəsizlik fondunun prezidenti deyib ki, İrana qarşı tətbiq edilən sankasiyaların ləğvi ölkənin dinc nüvə enerjisi proqramı ətrafında yaranmış problemlərin həllinin əsas açarıdır.


islamtimes.org/az/ - Leonid Şerşnev jurnalistlərə müsahibəsində deyib ki, əgər Qərb istəyirsə ki, onun İran ilə danışıqları nəticə versin və İslam Respublikasının nüvə enerji proqramı ətrafında yaranmış problem həll olsun, bu zaman Tehrana qarşı anlaşıqlı siyasət yürütməli və İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməlidir.

Leonid Şerşnev deyib: “ABŞ-ın İranın nüvə enerji proqramına tətbiq etdiyi sanksiyalar bumeranq effekti yaradır, necə ki, bu sanksiyalar İslam Respublikasını öz dinc nüvə fəaliyyətini daha da genişləndirməyə və qeyri neft sektorunu inkişaf etdirməyə sövq edib.”

O deyib ki, İrana qarşı sanksiyalar tətbiq etmək düzgün siyasət deyil və Qərb bu vasitə ilə öz maraqlarına çata bilməyəcək və mövcud durum da bunu sübut edir.
Şerşnev Qərbin müəyyən ölkələrə sanksiya tətbiq etməsi ilə o ölkələri özünə düşmən etdiyini bildirmiş və demişdir ki, dünyanın bir çox xalqları, məxsusən də müsəlman xalqlar sanksiyalar səbəbindən Qərbə nifrət edirlər.

O həmçinin deyib ki, nüvə silahı istehsal etmək ittihamı ilə dərman vasitələrinin İrana satışının qarşısının alınması əslində Qərbin İran xalqına qarşı qeyri insani davranışını göstərir və ABŞ və onun müttəfiqlərinin həqiqi simalarını ortaya qoyur.


Story Code: 283131

News Link :
https://www.islamtimes.org/az/news/283131/leonid-şeşnev-sanksiyalar-bumeranq-effekti-verir

Islam Times
  https://www.islamtimes.org