0
Monday 15 July 2013 - 10:06

"Yeni hökumət İranın nüvə haqqından imtina etməyəcək

Story Code : 283176
"Yeni hökumət İranın nüvə haqqından imtina etməyəcək
APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran parlamentinin xarici əlaqələr komissiyasının sədri Vahid Əhmədi bildirib.
 
Onun sözlərinə görə, İranın yeni prezidenti Həsən Ruhaninin rəhbərliyi altında qurulacaq XI hökumət nüvə siyasətində xalqın mənafeyini nəzərə alacaq: “Bu səbəbdən İranın mövcud nüvə siyasətinin dəyişməsini gözləməmək lazımdır”.
 
V.Əhmədi İranın nüvə fəaliyyətlərinin tamamilə sülh məqsədli olduğunu deyərək, “altılıq” ölkələrinə rəsmi Tehranın nüvə siyasətinin yeni hökumətdə dəyişməsini gözləməməyi məsləhət görüb.
Comment