QR CodeQR Code

“İrana qarşı tətbiq olunmuş sanksiyalara yenidən baxılmalıdır”

15 Jul 2013 10:35

IslamTimes - Fransa Senatının iqtisadiyyat komissiyasının sədri Filip Marini İrana qarşı tətbiq olunmuş sanksiyaların yenidən nəzərdən keçirilməsini tələb edib.


APA-nın İRİB-ə istinadən məlumatına görə, senator Fransada nəşr olunan “Lopoen” həftəlik qəzetində dərc etdirdiyi məqaləsində Qərbin İrana qarşı sanksiyalarından yazıb: “Müxtəlif ölkələrlə həmsərhəd olan İran kimi geniş və böyük bir ölkəyə sanksiya tətbiq etmək faydasız bir addımdır”.

Onun sözlərinə görə, İranda Fransa şirkəti olan “Peugeot Citroen”in fəaliyyətinin dayandırılması ziyana səbəb olub: “Ona görə də sanksiyalara yenidən baxılması zəruridir. Axı ABŞ-ın İrana qarşı düşməncə hərəkətlərindən rəsmi Tehranla möhkəm iqtisadi əlaqələrə malik olan Fransa hökuməti niyə zərər görməlidir”.
 
 
 
F.Marini bildirib ki, Fransa maşınqayırma sənayesinin iqtisadi durumunu və onun iş bazarlarına buraxdığı mənfi təsirləri nəzərə alaraq, bu məsələnin yenidən araşdırılması artıq zərurətə çevrilib.


Story Code: 283208

News Link :
https://www.islamtimes.org/az/news/283208/irana-qarşı-tətbiq-olunmuş-sanksiyalara-yenidən-baxılmalıdır

Islam Times
  https://www.islamtimes.org