QR CodeQR Code

Yüzlərlə Taliban döyüşçüsü Suriyaya qarşı müharibəyə qoşulub

Islamtimes , 16 Jul 2013 19:28

İslamtimes - Pakistanda mövcud olan yüzlərlə Taliban terroristi Suriya prezidenti Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançılara qoşulublar.


islamtimes.org/az/ - günü Təhriki Taliban Pakistan terror qrupunun komandirləri deyib ki, onlar Suriyada düşərgə salıblar və yüzlərlə döyüşçünü ora göndəriblər.

Taliban komandiri deyib: “Biz Suriyada öz bazamızı yaratmışıq. Bizim bəzi döyüşçülər ora gedir və bir müddət döyüşdükdən sonra geri qayıdırlar.”
Digər komandir isə deyib ki, “qardaşlarımıza” kömək lazım olan halda əl Qaidə yaraqlıları onların yanında olacaq və onların ora getməsinin səbəbi “ərəb qardaşlarının” tələbidir.
2011-ci ilin mart ayında Suriyada münaqişə başlayan dövrdən etibarən xaricdən dəstək alan silahlı üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Rəsmi Dəməşq ölkədə mövcud olan xaosun xaricdən idarə edildiyini demiş və hökumətə qarşı döyüşən üsyançıların əksəriyyətinin xarici vətəndaşlardan ibarət muzdurlar olduğunu bildirmişdir.

Qərb dövlətləri və onların regional müttəfqiləri olan İsrail rejimi, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər Suriya və Suriya hökumətini məhv etmək üçün əl Qaidə terroristləri də daxil olmaqla anti-Suriya döyüşçülərə dəstək və yardım verirlər.


Story Code: 283764

News Link :
https://www.islamtimes.org/az/news/283764/yüzlərlə-taliban-döyüşçüsü-suriyaya-qarşı-müharibəyə-qoşulub

Islam Times
  https://www.islamtimes.org