0
Wednesday 17 July 2013 - 02:22

İsrail yenidən İranı hədələyib

Story Code : 283858
İsrail yenidən İranı hədələyib
İsrail yenidən İranı hədələyib
Islam times.org/az/ - CBS kanalına müsahibə verən İsrail baş naziri Benyamin Netanyahu deyib ki, ola bilər ki, Tel Əviv ABŞ-dan qabaq İrana hücum etsin.

İşğalçı rejimin baş naziri deyib: “Bizim saatımız fərqli tempdə işləyir. Biz ABŞ-dan daha yaxınıq. Biz daha həssasıq. Bu səbəbdən də biz İranı necə dayandıraq sualına ola bilər ki, ABŞ-dan əvvəl cavab verək.”

Netanyahu həmçinin deyib ki, İran qırmızı xəttə doğru irəliləyir.
O deyib: “Onlar qırmızı xəttə yaxınlaşırlar. Ancaq hələ onu keçməyiblər.”

2 Sentyabr 2012-ci ildə Netanyahu beynəlxalq ictimaiyyətə səslənərək İran nüvə enerjisi proqramı səbəbindən “qırmızı xətt” qoyulmasını tələb etmişdir.

24 Sentyabr tarixində ABŞ prezidenti Barak Obama məsələnin ABŞ milli təhlükəsizliyi ilə əlaqədar olduğunu deyib və yaran biləcək ciddi təhlükənin qarşısının alınacağını vurğulayıb.

ABŞ və İsrail dəfələrlə İslam Respublikasını uranın zənginləşdirməsini dayandırması üçün hərbi hücum ilə təhdid ediblər. Vaşinqton və Tel Əviv İranı nüvə silahlı istehsal etməkdə ittiham edirlər.

İran isə öz növbəsində bütün ittihamları rədd etmiş və nüvə silahı yayılmama razılığını imzalayan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bir dövlət kimi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirmişdir.

Bundan əlavə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran nüvə obyektlərində bir sıra axtarışlar aparmış, ancaq İranın nüvə enerji proqramından nüvə silahı istehsal etmək üçün istifadə etməsini sübut edən heç bir dəlil aşkar etməmişdilər.
Source : Islamtimes
Comment